Azərbaycan 5 ayda Gürcüstandan 3 milyon dollarlıq mal-qara idxal edib

Azərbaycan 5 ayda Gürcüstandan 3 milyon dollarlıq mal-qara idxal edib

Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 2,849 milyon ABŞ dolları dəyərində 1 602 ton diri mal-qara ixrac olunub.

“Report”un yerli bürosuna xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycan qonşu ölkədən ötən ilin ilk 5 ayında, yalnız I rübdə diri mal-qara idxal edib. Məhsulun həcmi 849,2 ton, dəyəri isə 1,545 milyon ABŞ dolları təşkil edib.

Mənbə: report.az