Beş ayda Azərbaycanda 11,8 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

Beş ayda Azərbaycanda 11,8 milyard dollarlıq ticarət əməliyyatları aparılıb

Yanvar-may aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 11 milyard 820,1 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ticarət əməliyyatlarının 4 milyard 392,8 milyon dolları idxalın, 7 milyard 427,2 milyon dolları isə ixracın payına düşüb.

Mənbə: azertag.az