Restoranda işləyənlərdən COVID pasportu tələb olunacaq - RƏSMİ

Restoranda işləyənlərdən COVID pasportu tələb olunacaq -  RƏSMİ

Toy mərasimlərinin keçirildiyi şadlıq evlərində işləyən personalın 80 faizi COVID pasportuna malik olmalıdır.

Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı Regional bölməsinin rəisi Əkbər Əliyev deyib. O bildirib ki, personalın qoruyucu vasitələr, maskalar, əlcəklərdən istifadə etmələri məcburidir. “Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qeyd olunan məsələlərlə bağlı monitorinqlər həyata keçiriləcək. Monitorinqlər çərçivəsində Operativ Qərargah tərəfindən qoyulan tələblər, ictimai-iaşə müəssisələri sahəsində qəbul edilmiş müvafiq təlimatlar, sıxlıq normaları ilə əlaqədar tələblər yerində qiymətləndiriləcək. Personalın COVID pasportuna malik olub-olmaması, qoruyucu vastələrdən istifadə etməsi, müəssisənin özünün əks-epidemik tədbirlərlə bağlı gördüyü işlər əməkdaşlarımız tərəfindən monitorinq ediləcək.

Monitorinq şənlik keçirilərkən məsuliyyəti həm şənlik keçirən şəxslər, həmçinin ictimai-iaşə müəssisələrinin rəhbərliyi daşıyır. Həm sahibkarlıq subyektləri, həm də şənlik keçirən şəxslərə müraciət edirik ki, qoyulan tələbələrə ciddi şəkildə riayət etsinlər. Bununla biz gələcəkdə digər yumşalmalara gedə bilərik”.
AQTA rəsmisi qeyd edib ki, Agentlik tərəfindən aparılan monitorinq zamanı aşkar olunmuş pozuntularla bağlı inzibati tədbirlər həyata keçiriləcək.

Aytən Zəhra

 

Mənbə: azvision.az