Muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalı 3 faizədək artıb

Muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalı 3 faizədək artıb

Bu ilin yanvar-may aylarında muxtar respublikada 59 milyon 320 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 9 min 788 ton, süd istehsalı 37 min 521 ton olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,9 faiz, süd istehsalı isə 1,6 faiz artıb.

Mənbə: azertag.az