Şirkətin Baş maliyyə inzibatçısı təyin edildi

Azərbaycanda xaricdən idxal olunan bir sıra məşhur qida brendlərinin rəsmi distributoru olan “Delta Group Co.” MMC-nin yeni Baş maliyyə inzibatçısı təyin edilib.

Banker.az xəbər verir ki, bu ACCA təlimçisi olan Elvin İsmayılovdur.

O, “Delta Group Co.”ya 2020-ci ilin mayında 2021-ci ilin iyununa qədər həmin vəzifənin müavini kimi gəlmişdi.

Bundan öncə isə “PAŞA Bank” ASC, “Expressbank” ASC, “Muğanbank” ASC və “Yelo Bank” ASC-də çalışıb.

“Delta Qrup C.O.” MMC “Anchor”, “Doyarushka”, “Ammerlander”, “Gut von Holstein”, “Tibet” kimi brendlərin Azərbaycanda rəsmi distributorudur.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

Dövlət xəzinəsi 37.5 milyon borclandı

SONRAKI XƏBƏR

Taliban keçid məntəqəsini ələ keçirdi