Rusiya təklif hazırlayır: Aleksandr Novakın görüşü gözlənilir

Rusiya təklif hazırlayır: Aleksandr Novakın görüşü gözlənilir

Rusiya iyulun 1-də keçiriləcək OPEC + toplantısında neft hasilatının artırılması təklifini nəzərdən keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg News”ə məlumatı mənbə bildirib.

Mənbənin sözlərinə görə, Rusiya qlobal neft hasilat açığının orta müddətdə davam edəcəyini gözləyir və iyulun 1-də keçirilən toplantı üçün son qərarını dəqiqləşdirmə mərhələsindədir. Baş nazirin müavini Aleksandr Novakın isə bazarın vəziyyətini müzakirə etmək üçün çərşənbə axşamı ölkənin əsas neft istehsalçıları ilə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, Beynəlxalq Enerji Agentliyi iyun ayının əvvəlində OPEC + ölkələrinə istehsal güclərini artıraraq bazarın tələbini yaxşı şəkildə ödəməli olduqları barədə xəbərdarlıq edib. “Goldman Sachs” isə İrandan istehsalın dayanması səbəbindən gündə 3 milyon barelə yaxın bir kəsirinin olacağını bildirir.

 

 

Mənbə: teleqraf.com