Gürcüstanın turizmdən gəliri kəskin artıb

Bu ilin may ayında Gürcüstan turizmdən 73,8 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Bankının analitik hesabatında bildirilib.

Nəşrə əsasən, gəlirdə illik müqayisədə 8,1 dəfə artım qeydə alınıb.

Yanvar-may aylarında isə turizm sektoru Gürcüstan iqtisadiyyatına 177,3 milyon dollar gəlir gətirib.

Ötən ay Gürcüstan 96,5 min nəfəri turist olmaqla 112,7 min beynəlxalq ziyarətçi qəbul edib. Qonşu ölkəyə səfərə yollananların sayı ötən ilin eyni dövrünə nisbətdə 3,1 dəfə artıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda neçə hektar yaşıllıq ərazi var? - AÇIQLAMA

SONRAKI XƏBƏR

Köçəryan Paşinyanın tətbiq etdiyi taktikadan yararlanmaq istəyir (ŞƏRH)