Ət idxalı azalıb

Ət idxalı azalıb

Yanvar-may aylarında ölkəyə 14,7 min ton ət idxal edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən ətin dəyəri 25,8 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin ilk 5 ayında 40,4 milyon dollarlıq 22,5 min ton ət idxal edilib.

Mənbə: azertag.az