Moskvada əcnəbilər və miqrantlar üçün ödənişli vaksinləmə məntəqələri yaradılacaq

Moskvada əcnəbilər və miqrantlar üçün ödənişli vaksinləmə məntəqələri yaradılacaq

Moskvada xidmət sektorunda işləyən əcnəbilər və miqrantlar ödənişli vaksinləmə məntəqələrində koronavirusa qarşı peyvənd oluna biləcəklər.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə COVID-19-la bağlı vəziyyətin monitorinqi üzrə operativ qərargah məlumat yayıb.

Bildirilib ki, Rusiya hökuməti ölkədə qeydiyyata alınmış vaksinlərin xarici vətəndaşlara vurulması ilə bağlı qərar qəbul etdikdən sonra müvafiq məntəqələr işə düşəcək.

Nazirlər Kabinetinin mövcud qərarında qeyd edilib ki, xidmət sektorunda işləyənlərin azı 60%-i peyvənd olunmalıdır.

Mənbə: report.az