Daha bir avtobus marşrutunda ödəniş kartla olacaq

Daha bir avtobus marşrutunda ödəniş kartla olacaq

İyunun 25-dən "Azadlıq prospekti" metrostansiyası – Mehdiabad qəsəbəsi üzrə hərəkət edən 108B saylı marşrut xətti avtobuslarında gediş haqqı "BakıKart" vasitəsilə ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən BiG.AZ-a verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Binəqədi rayonu və Mehdiabad qəsəbəsi üzrə qeyd olunan ünvanlarındakı "OBA" marketlərdə "BakıKart" balansının artırılması üçün POS terminallar quraşdırılıb.

"28 May" küçəsi 269A (Mehdiabad qəs.)
Cəfər Cabbarlı küçəsi 5., (Mehdiabad qəs.)
Azadlıq pr.104 (Binəqədi ray.)
A.Hüseynov küç. (Binəqədi ray.)

Mərkəz Binəqədi (Binəqədi ray.)
2-ci Mədən (Binəqədi ray.)
Novxanı yolu (Binəqədi ray.)

 

 

 

 

 

Mənbə: big.az