Azərbaycanın beş ayda ən çox məhsul aldığı İƏT-ə üzv ölkələrin adları açıqlanıb

Azərbaycanın beş ayda ən çox məhsul aldığı İƏT-ə üzv ölkələrin adları açıqlanıb

Azərbaycanın yanvar-may aylarında ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, İran və Malayziya qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, Türkiyədən idxalın dəyəri 660 milyon 432 min ABŞ dolları, İrandan 155 milyon 891 min dollar, Malayziyadan isə 31 milyon 155 min dollar təşkil edib.

Azərbaycan 2020-ci ilin eyni dövrünə nisbətən Türkiyə, İran və Malayziyadan idxalı artırıb.

Mənbə: azertag.az