Cari ildə Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 375 milyon dollar olub

Cari ildə Azərbaycanla Ukraynanın ticarət dövriyyəsi 375 milyon dollar olub

Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi bu ilin ilk 5 ayında 375 milyon dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev deyib.

M.Musayev qeyd edib ki, ötən il isə iki ölkənin ticarət dövriyyəsi 771,5 milyon dollar olub.

Mənbə: azertag.az