Azərbaycanla Ukraynanın KOB-ları arasında birgə yol xəritəsinin hazırlanması müzakirə olunub

Azərbaycanla Ukraynanın KOB-ları arasında birgə yol xəritəsinin hazırlanması müzakirə olunub

Ukrayna-Azərbaycan İşgüzar Şurasının Bakıda keçiriləcək ilk iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov ilə keçirilmiş görüşdə hər iki ölkənin KOB-ları arasında əlaqələrin gücləndirilməsi üçün birgə yol xəritəsinin hazırlanmasına, KOB-ların iştirakı ilə dövlət-özəl tərəfdaşlıq formatında birgə layihələrə, ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski də iştirak edib.

 

Mənbə: azertag.az