Gennadi Çijikov: “Biz bir-iki milyard dollarlıq ticarət dövriyyəsindən danışmalıyıq”

Ukrayna-Azərbaycan İşgüzar Şurası hər iki ölkə tərəfindən onlarla biznes nümayəndəsini özündə birləşdirəcək. Bura müxtəlif sahələri əhatə edən biznes nümayəndələri daxildir.

“Report”un məlumatına görə, bunu Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə. Bu şuraya iki ölkə arasında hər zaman dostluq və möhkəm əlaqələrə malik münasibətlərin daha da fəal inkişafında maraqlı olan neft-kimya, aqrar, elmi və sair sayələr daxildir: “Bu, pandemiya şəraitində daha da vacibdir. 2019-cu ilin dekabrında Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana tarixi səfərindən sonra Bakıda ən iri biznes forum baş tutub. Biz sahibkarlar da söz verdik ki, iki ölkə arasında əlaqələri daha da dəstəkləyəcəyik və daha fəal inkişaf etdirəcəyik. Düşünürəm ki, Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması hər iki ölkə başçısının qarşımıza qoyduğu mühüm tapşırıqlardan biri kimi, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün atılan addımlardan olacaq”.

G. Çijikiv bildirib ki, əsas vacib məsələ isə budur ki, bu gün bu şuraya nəinki böyük biznes, həmçinin ən vacibi kiçik və orta biznes də qoşulur: “Düşünürəm ki, biz əlaqələrimizi daha da gənc və yeni biznesi qoşmaqla genişləndirməliyik. Bu gün Azərbaycan və Ukrayna arasında mövcud olan 750-800 milyon ABŞ dollarında olan ticarət dövriyyəsi bizim mövcud dostluq, iqtisadi-ticari və qardaşlıq münasibətlərinə və əlaqələrinə uyğun deyil. Biz daha fəal işləməkdə və ticarət dövriyyəsinin həcmini artırmaqda maraqlıyıq”.

O qeyd edib ki, hazırda qarşıda duran məsələrlər sadə ticarət deyil, birgə müəssisələrin yaradılması və daha ciddi sahələrə - maşınqayırma, İT texnologiyalara yatırımlar etməkdir: “Bu isə olduqca vacibdir. Biz milyonlarla dollar olan ticarət dövriyyəsindən danışmamalıyıq, 1 milyard, iki milyard dollarlıq əməkdaşlıqdan danışmalıyıq. Bu, bizim bizneslərin və ölkələrimizin gücündədir. Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması isə buna sadəcə bir təkan verəcək. Ukrayna şirkətləri isə uzunmüddətli Azərbaycan-Ukrayna iqtisadi-ticari əlaqələrinin inkişafında maraqlıdırlar”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Aleksandr Səmədov UEFA-nın qərarına qarşı çıxdı

SONRAKI XƏBƏR

Ruslara "yox" dedi, A Seriyası klubuyla razılaşdı - SON DURUM