Çin “Bitcoin” mədənlərini bağlayır

Çin “Bitcoin” mədənlərini bağlayır

Çinin Anhui vilayəti enerji problemləri səbəbindən qarşıdakı üç ildə “Bitcoin” mədən layihələrini bağlamağı planlaşdırır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, vilayətdəki bütün virtual pul mədənləri bağlanacaq.

Bundan başqa, kriptovalyuta ilə bağlı yüksək enerji tələb edən layihələrin də qarşısı alınacaq.

Qeyd edək ki, Çinin bununla bağlı qərarları iki həftədir ardıcıl olaraq “Bitcoin”in dəyər itirməsinə səbəb olur.

Mənbə: qafqazinfo.az