"Qum Dəniz" yatağından neft hasilatı və satışının həcmi açıqlanıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin birincu rübündə "Qum Dəniz" yatağında neft hasilatı sutkada 506 barel təşkil edib.

Trend bu barədə layihəni idarə edən ABŞ-ın "Greenfields Petroleum" şirkətinə istinadən məlumat verir.

Qeyd olunur ki, hesabat dövründə yatağın GD.444, GD.418, GD.465, GD.467, GD.414, GD.477 quyularında əsaslı təmir işləri başa çatdırılıb. Hazırda əsaslı təmi işləri GD.601, GD.716 və GD.444 quyularında davam etdirilir.

Eyni zamanda, 2021-ci ilin birinci rübündə "Qum Dəniz" yatağından neft satışnın həcmi 67 ton/sutka təşkil edib.

Yanvar ayında bu göstərici sutkada 79 ton, fevralda 65 ton, martda isə 58 ton təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Trend.az

ƏVVƏLKİ XƏBƏR

"Qalatasaray" Rumıniya millisinin futbolçusunu transfer etdi

SONRAKI XƏBƏR

Qazaxda bir nəfər su kanalında batıb