Əgər Berlin buna görə bizdən asılıdırsa, biz də... - Medvedyev

Əgər Berlin buna görə bizdən asılıdırsa, biz də... - Medvedyev

ABŞ və Almaniya arasındakı Şimali Axın-2 razılaşması Avropa üçün bu qədər əhəmiyyətli bir layihəni məhv etmək cəhdindən daha yaxşıdır.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev çıxış edib.

Medvedyev Almaniyanın Rusiyadan həddindən artıq enerji asılılığı olması barədə ittihamlarla razılaşmayıb:

"Ticarət əlaqələrində tamamilə birtərəfli asılı olmaq mümkün deyil. Ticarət hər zaman qarşılıqlı faydalı bir işdir. Əgər Almaniya Rusiya qazının tədarükündən asılıdırsa, Rusiya bazarda formalaşan qiymətlərdən və tədarük həcmlərinin alınmasından asılıdır".

Mənbə: axar.az