Rusiya bu ölkələrlə də uçuşları bərpa edir

Rusiya bu ölkələrlə də uçuşları bərpa edir

Rusiya 9 avqustdan etibarən Bəhreyn, Dominikan və Moldova ilə uçuşlarını bərpa edir.

Axar.az xəbər verir ki, bunu Rusiya Baş nazirin müavini Tatyana Qolikova deyib.

Qeyd olunub ki, sözügedən ölkələrdəki epidemioloji vəziyyət nəzərə alınaraq uçuşların bərpası barədə qərar verilib.

Mənbə: axar.az