Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı artır

Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı artır

Bakı, 24 iyul, AZƏRTAC

ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 7 ədəd artaraq 491 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 240 ədəd artıb.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 7 ədəd artaraq 387 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 181 ədəd artım qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı isə dəyişməyərək 104 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 36 ədəd artıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2020-ci ilin avqustunda isə minimuma – 244-ə düşüb.

Mənbə: azertag.az