Kredit və debet kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb

Kredit və debet kartları ilə aparılan əməliyyatların həcmi açıqlanıb

Yanvar-iyun aylarında dövriyyədə olan kredit və debet kartları ilə 16 milyard 392 milyon manatlıq əməliyyatlar həyata keçirilib.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına (AMB) istinadla xəbər verir ki, əməliyyatların 15 milyard 382 milyon manatı debet kartları, 1 milyard 9 milyon manatı isə kredit kartları ilə aparılıb.

 

Mənbə: azertag.az