İqtisadi dirçəliş - VİDEO

İqtisadi dirçəliş - VİDEO

Öz ərazilərini işğaldan azad etməsi əksər beynəlxalq maliyyə institutların Azərbaycanın bu ilki ümumi daxili məhsulla bağlı proqnozlarını müsbətə doğru 3-4 faiz artırmağa vadar edib.

Məsələn, Beynəlxalq Valyuta Fondu hesab edir ki, 2021-ci ildə ölkənin ümumi daxili məhsulunın artımı 2,3 faizi keçəcək. Dünya Bankı isə göstəricilərin təxminən 4 faiz artıraraq ümumi daxili məhsul artımının 2,8 faiz olacağını proqnozlaşdırır. Öz növbəsində, “Mudis” ekspertləri isə 2021-ci ildə real ümumi daxili məhsul artımını təxminən 3,5 faiz qiymətləndirirlər.

Təbii ki, Azərbaycanın azad edilmiş ərazilərin gələcəyi ilə bağlı böyük planları var, amma beynəlxalq maliyyə institularının bu cür dərhal reaksiya göstərməsi sırf bu il görüləcək işlərlə və Azərbaycanın öz torpaqlarına qayıtması ilə iqtisadiyyatının qazandığı imkanlarla bağlıdır.

Məsələn, “Azərkosmos”un məlumatına görə, işğal illərində Ermənistan qanunsuz yolla 1200 hektar üzüm bağından məhsul götütürümüş. Həmçinin, 90 min hektar sahədə taxıl əkirmiş. Özü də Ermənmistanda istehlak edilən taxılın 40 faizi Azərbaycan ərazisində becərilirmiş. Təbii ki, müəyyən təhlükəsizlik tədbirləri gördükdən sonra həmin ərazilərdə yaradılacaq əlavə dəyər Azərbaycan ümumi daxili məhsulu üçün hesablanacaq.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə hazırda gerçəkləşdirdiyi infrastruktur layihələri də ölkə ümumi daxili məhsulunun artımına dəstək verir. Məsələn, bu ilin sonuna kimi həm Qarabağda, həm Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatı tam bərpa ediləcək: yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyalar qurulacaq. Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən dağıdılmış 12 su elektrik stansiyası da bərpa ediləcək.

Bununla yanaşı, regionda 700 kilometrə yaxın geniş zolaqlı avtomobil yolu çəkilir. Bərdə-Ağdam, Füzuli-Şuşa, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın, Füzuli-Hadrut, Füzuli Cəbrayıl, Göygöl-Kəlbəcər yolları çəkilir, körpülər, tunellər tikilir ki, bütün bunlar ölkə ümumi daxili məhsulunun artımına hesablanır və bu yolların əksəriyyətinin ilin sonuna istifadəyə verilməsi düşünülür. Regionda inşa edilən Fizuli hava limanını da ilin sonuna istifadə veriləcəyi gözlənilir.

Təbii ki, bu bazis infrastruktur layihələri işə salınandan sonra regionda iqtisadi quruculuq işləri sürətlənəcək. Lakin bununla belə, sonrakı illərdə də regionda iri infrasturktur layihələrinin gerçəkləşdirilməsi davam etdiriləcək. Bu layihələrin sırasında Avropa şirkətlərindən biri tərəfindən regionda təxminnə 200 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin planlaşdırılmasıdır.

İqtisadçı ekspert İlham Şabanın sözlərinə görə, Azərbaycan Energetika Nazirliyi ilə stansiyanın tikintisi barədə sənədə imza atan şirkət azərbaycanlıların yaxşı tanıdığı BP neft şirkətidir:

«Bu sənəd icra müqaviləsi adlanır və Zəngilan-Cəbrayıl zonasında 240 meqavat gücündə günəş elektrik stansiyasının tikinti layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığı nəzərdə tutur».

Onun sözlərinə görə, 2022-ci ilin iyun ayına qədər BP hazırlıq işləri görəcək, sözügedən bölgədə monitorinq işləri aparacaq və onu biznes layihəyə çevirib-çevirməməyin, layihəyə sərmayə yatırmağın mümkünlüyü barədə qərar verəcək. “Xarici şirkətlər günəş və külək enerjisinə sərmayə yatırarkən, adətən hidrometroloji bazadan istifadə edirlər. Bu, ən azı 5-10 illik dövrü əhatə edir. Yəni iqlim dəyişikləri sövq edir ki, həmin müddət üçün küləkli və günəşli günlərin sayını müəyyən etsinlər. Yəni işğaldan azad edilən ərazilərdə indiyə kimi belə bir monitroniq olmayıb və BP şirkətinin bir il ərzində belə bir monitorinqə ehtiyac duyması başa düşüləndir”, - deyə İlham Şaban BP-nin məhz 2022-ci ildə işə başlamaq istəyinin səbəblərini izah edir.

Həmçinin, işğaldan azad edilmiş regionlarda Zəngilan və Laçın hava limanlarının tikintisi nəzərdə tutulur. Bununla yanaşı, həm də Zəngəzur dəhlizinin açılması çərçivəsində dəmir yolu və avtomobil yollarının bərpası düşünülür. Layihə çərçivəsində Horadiz - Mincivan - Ağbənd arasında 124 kilometrlik avtomobil yolunun və 114 kilometrlik dəmir yolunun çəkilişi nəzərdə tutulur. Real TV-nin analitiki Çingiz Rüstəmov bu fikirdədir ki, Zəngəzur dəhlizinin açılması bütün faydaları ilə yanaşı, həm işğaldan azad edilmiş ərazilərdə, həm də Naxçıvan Muxtar Respublikasında manipulyativ effekt verərək bir çox sahələrdə canlanma yaradacaq:

«10 noyabr Zəfər müqaviləsinin ən önəmli bəndlərindən biri də Ermənistanın Zəngəzur dəhlizinin açılması tələbinə razı olmasıdır. Bu, Azərbaycan üçün böyük tranzit gəlirləri vəd edir. Təsəvvür edin, Azərbaycan, Türkiyə, İran və Rusiya böyük qlobal bazar yaradılması barədə razılığa gəliblər və hazırda Hindistanın bu bazara cəlb edilməsi ilə bağlı danışıqlar apırılır. Bu, təxminən 2 milyard istehlakçını əhatə edən bir bazardır. Rusiya bu ölkələrin 7,5 min kilometr uzunluğu olan Şimal - Cənub nəqliyyat dəhlizi vasitəsi ilə birləşdirilməsinə çalışır».

Onun sözlərinə görə, məhz Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizinin ən önəmli bir parçasıdır və Rusiya bu dəhlizlə ildə 20 milyon tona yaxın yük daşımaq çalışır. Hindistanın Mumbai limanından başlayan bu marşrutla konteyner daşımaları dəniz yolu ilə müqayisədə 2 dəfə ucuz başa gəlir. Süveyş kanalında yığılan böyük növbələri nəzərə aldıqda, bu marşrutla yüklərin daşınması da elə təxminən bu qədər tez olur:

«Həmin yüklərin bir qisminin Culfada, bir qisminin isə Zəngilan rayonu ərazisində işlənməsi istər-isətməz baş verəcək. Culfada yüklər çeşidlənərək, Türkiyə və Ermənistan istiqamətinə yola salınacaq. Bu, Naxçıvan üçün yeni iş yerləri deməkdir. Yüklərin bir qisminin də Şərqi Zəngəzurda emal edilərək, orada tikiləcək hava limanları ilə müxtəlif istiqamətlərə nəql edilməsi mümkün görünür».

Yəni azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri ilə iş bitməyəcək - bu rayonlarda yeni sənaye məhəllələri salınacaq və emal müəssisələri tikiləcək. Bu isə regionda aqrar istehsalı stmullaşdıracaq. Beləliklə, sovet dövründə Azərbaycan ümumi daxili məhsulunun 24 faizini yaradan region yenidən öz iqtisadi gücünü bərpa edəcək.

REAL

Mənbə: www.realtv.az