Binəqədidə yeni kanalizasiya sistemi - VİDEO

Binəqədidə yeni kanalizasiya sistemi - VİDEO

Binəqədi rayonunda son illər əhalinin sıx məskunlaşdığı Binəqədi qəsəbəsi Cəfər Cabbarlı və Mikayıl Ələkbərov küçəsində yeni kanalizasiya infrastrukturu inşa edilir.

Sözügedən küçələrin bir hissəsinin relyef baxımından çökəklikdə yerləşməsi, ərazidəki mövcud kanalizasiya xətlərinin fərdi qaydada əhali tərəfindən çəkilməsi, eləcə də bəzi yerlərdə tullantı sularının üstü açıq arxlar vasitəsi ilə axıdılması ərazidə ciddi problemlər yaradır.

Burada yaranan tullantı sularının mərkəzləşdirilmiş şəkildə toplanıb kənarlaşdırlmasını təmin etmək məqsədilə “Azərsu” ASC tərəfindən layihə hazırlanıb və yeni infrastrukurun qurulmasına başlanılıb. Layihəyə əsasən hər iki küçədə 600 mm diametrli borularla yeni daşıyıcı tullantı su xətləri inşa olunur.

İki minə yaxın evi əhatə edəcək yeni layihənin icrasının növbəti yağış mövsümünə qədər başa çatdırılması planlaşdırılır. Tullantı sularının axıdılması xidmətlərindən istifadənin yaxşılaşdırılması məqsədilə həyata keçirilən bu layihə əhalinin məişət şəraitinin yaxşılaşdırılmaqla yanaşı, ərazidə ekoloji təhlükəsizliyin təminatı baxımdan mühüm əhəmiyyət kəsb edir.

Mənbə: www.realtv.az