Yunanistan hökuməti turistlər üçün rəqəmsal kod almaq prosedurunu dəyişdirib

Yunanistan hökuməti turistlər üçün rəqəmsal kod almaq prosedurunu dəyişdirib

Afina, 25 iyul, AZƏRTAC

Yunanıstan ölkəyə gələn turistlər üçün tələb olunan QR kodu almaq üçün vaxtı azaldıb. AZƏRTAC xəbər verir ki, əvvəllər sərnişinlər girişdən ən azı 24 saat əvvəl travel.gov.gr internet səhifəsində xüsusi bir PLF forması doldurmalı idilər. Sonra sərhədi keçərkən təqdim edilməsi lazım olan bir QR kodu elektron poçt ünvanına alırdılar. Artıq turistlər son anda xüsusi bir giriş forması doldurmaq imkanına sahib olublar. Beləki PLF formasını artıq 24 saat əvvəl deyil uçuşdan bir qədər əvvəl doldurmaq olar. QR kod formanı dolduran kimi elektron poçta gəlir.

Nəticədə, hər hansı bir səbəbə görə əvvəlcədən PLF formasını doldurmayan, Yunanıstana uçan sərnişinlər, birbaşa uçuşdan əvvəl bu formanı doldura bilər və QR kodu asanlıqla əldə edə bilərlər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Mənbə: azertag.az