Zəngilandakı "Ağıllı kənd": Sakinlər öz yurdlarına bu tarixdə qayıdacaq - VİDEO

Aprelin 26-da Zəngilanda "ağıllı kənd" layihəsinin təməli qoyulmuşdu. Hazırda işlər sürətlə davam edir. Artıq 60-dan artıq evin təməli qoyulub, bir neçə evin isə daş və beton işləri yekunlaşıb. Paralel olaraq sosial obyektlərin də tikinitisi davam edir. Daha ətraflı əməkdaşımız İbrahim Kamiloğlunun elə "ağıllı kənd"dən hazırladığı reportajda.

Zəngilandakı "Ağıllı kənd"də işlər sürətlə davam edir.

Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci "Ağıllı kənd" layihəsinin təməlini aprelin 26-da Prezident İlham Əliyev qoyub. Hazırda da işlər sürətlə davam edir. Ərazidə ilk olaraq 200 fərdi evin tikintisi nəzərdə tutulub. Evdaxili mühəndis kommunikasiya, isitmə sistemləri də ağıllı texnologiyalar əsasında qurulacaq.

Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin ediləcək.

Kənd təsərrüfatı ilə bağlı işlər palanlama mərhələsindədir. Sakinlərlə sorğular da aparılıb və sistemin qurulması ona uyğun həyata keçiriləcək.

Tikinti işləri qrafikə uyğun davam edir. Gələn ilin 1-ci rübündə layihənin yekunlaşdırılması nəzərdə tutulub. Ondan sonra isə Ağalı kənd sakinləri öz yurdlarına qayıdacaqlar. (xəzərxəbər)

 

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

Toylarla bağlı mühüm AÇIQLAMA - hər 10 nəfərdən 5-i... - VİDEO

SONRAKI XƏBƏR

Braziliyada son bir gündə 38 min nəfərdə COVID-19 aşkarlanıb