Fransa sərhədlərini xarici tələbələrə bağlamayacaq

Paris, 30 iyul, AZƏRTAC

Fransada COVID-19 pandemiyasının 4-cü dalğasının başlasa belə ölkə sərhədlərini xarici tələbələrə bağlamayacaq.

AZƏRTAC xəbər verir ki, bunu Fransanın ali təhsil naziri Frederik Vital universitetlərlə bağlı danışarkən deyib. O bildirib ki, yeni tədris ilində universitetlərdə tələbələrin 100 faiz iştirakını təmin etmək üçün tədbirlər görülür. Sentyabrın ilk günlərindən tələbə şəhərciklərində tələbələrin peyvənd edilməsi üçün xüsusi guşələr yaradılacaq. Yay aylarında peyvənd edilməyən tələbələrin yeni tədris ilinin elə ilk günündən peyvənd qrafikini tamamlamaq imkanı olacaq.

Koronavirus testi pozitiv çıxan şəxs peyvənd edilməyənlərlə əlaqədə olduğu təqdirdə, ikincilər 7 gün karantində saxlanılacaq. Yalnız peyvənd olunmuş tələbələr universitet şəhərciklərində qala biləcəklər. Peyvənd olunan tələbələrin tələbə həyatına qayıtmaları üçün bütün tədbirlər görüləcək.

Qeyd olunub ki, ölkədə 18-24 yaş arasında olan gənclərin 60 faizi peyvəndin birinci dozasını qəbul edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Çində ikinci və üçüncü uşağa görə mükafat verilir

SONRAKI XƏBƏR

Vasif Məhərrəmli toylardan danışdı: “Məclisdə 500 yox, 1000 nəfər də olsa...“