Üç şirkətin Azərbaycandan göndərdiyi tərəvəz yararsız çıxdı

Üç şirkətin Azərbaycandan göndərdiyi tərəvəz yararsız çıxdı

“Can agro” MMC, “Geotermal aqro” MMC və “Local Garden” MMC-yə məxsus təsərrüfatda ixrac zamanı virus aşkarlanıb.

Banker.az xəbər verir ki, həmin müəssisələrdə şitillər zərərsizləşdirilib və müəssisənin dezinfeksiya edilməsinə nəzarət tədbirləri həyata keçirilib.

Bundan başqa “Gözəl təbiət” MMC tərəfindən Rusiya Federasiyasına tədarük olunan pomidor məhsulunda pepino mozaik virusunun aşkarlanmasına dair daxil olan bildiriş əsasında nümunələr götürülərək analiz edilib və virus faktı öz təsdiqini tapmadığı üçün Rusiya Federasiyası tərəfindən “Gözəl təbiət” MMC-nin pomidor ixracına 30 iyun 2021-ci il tarixində icazə verilib.

Mənbə: banker.az