“Bir Pəncərə” vasitəsilə ixrac edilən məhsulların dəyəri 595 milyon dollar olub

“Bir Pəncərə” vasitəsilə ixrac edilən məhsulların dəyəri 595 milyon dollar olub

Bakı. Elçin Mehdiyev - Trend:

2021-ci ilin iyul ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 20 milyon ABŞ dolları olub.

Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”ında deyilir.

2017-ci ildən 2021-ci ilin iyul ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 595 milyon ABŞ dolları təşkil edib.

Mənbə: az.trend.az