“Məşğulluq marafonu” na qoşulan işəgötürənlərin sayı 320-yə çatıb

Bakı. Çingiz Səfərli - Trend:

“Məşğulluq marafonu” na qoşulan işəgötürənlərin sayı 320-yə, təqdim edilən vakansiyaların sayı 1386-ya çatıb.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən bildirilib. Məlumata görə, həmin vakansiyalar üzrə artıq 321 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin 140-ı dövlət, qalanları özəl müəssisələrdir. Həmin işəgötürənlərin 193-ü xidmət, 96-sı emal, 19-u kənd təsərrüfatı, 12-si tikinti sahəsinə aiddir. Marafona qoşulan işəgötürənlər tərəfindən təqdim edilən vakansiyaların sayı isə 1386-ya çatıb.

Təqdim edilən vakansiyalar üzrə artıq 321 nəfər, o cümlədən 83 şəhid ailəsi üzvü və 238 qazi münasib işlərlə təmin olunublar. İşə cəlb olunanlar arasında 18-29 yaş arası şəxslər üstünlük təşkil edir.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Qurban Qurbanov reklama çəkilib

SONRAKI XƏBƏR

Əhmədli qəsəbəsində daşınmayan məişət tullantıları ürəkbulandıran mənzərə yaradıb - FOTO