Azərbaycanda minik avtomobilinin istehsalı azalıb

Azərbaycanda minik avtomobilinin istehsalı azalıb

Bakı, 30 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında ölkədə 795 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 78 ədəd az minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 134,2 milyon manatlıq məhsul istehsal edilib. 2020-cu ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 48,3 dəfə artıb, qoşqu və yarımqoşquların istehsalı 47,1 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 69,1 faiz azalıb.

 

Mənbə: azertag.az