Bitkoin ardıcıl 8-ci gün də bahalaşdı

TED.az xəbər verir ki, bitkoin yüksəlişini 8-ci gündə də davam etdirdi və 40 min dolları keçdi. Beləliklə, bitkoin ilin ən uzun bahalaşma seriyasını yaratmış oldu.

Ən böyük kriptovalyuta olan bitkoin, bu il ən uzun artım tendensiyasını yaradır. Beləki, 8-ci gündə artım tendensiyasını davam etdirdi və 5.8% artımla yenidən 40000$-ı keçdi.

 

Etereum və digər altkoinlər kriptovalyuta bazarındakı canlanmadan istifadə edərək bahalaşıb.

 

Analitiklərin fikrincə bitkoində artım tendensiyasının 45000$-a kimi davam edəcəyini, ancaq 50000$ həddini qırması üçün vaxt lazım olduğunu proqnozlaşdırırlar..

 

Lakin Çin, ABŞ və Avropadakı tənzimləyici orqanların kriptovalyutalara getdikcə daha sərt qaydalar tətbiq etmək barədə plan və açıqlamalarının bu artımları məhdudlaşdıra biləcəyi ehtimal olunur.

Ted.az

ƏVVƏLKİ XƏBƏR

Moskva da yanır

SONRAKI XƏBƏR

Polisləri döydüyü deyilən deputatın mandatı əlindən alına bilərmi? - İZAH