Dünyanın ən zəngin ölkəsi zibilliklərə təslim oldu

Dünyanın ən zəngin ölkəsi zibilliklərə təslim oldu

Dünyanın ən zəngin karbohidrogen ehtiyatları, eləcə də, turizmin inkişafına görə ən zəngin dövlətlərdən olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) zibilliklər içində boğulur.

Milli.Az bloomberg-ə istinadən xəbər verir ki, dövlət yığılmış tullantıların emalı zavodlarının tikintisini öz üzərinə götürüb. Artıq Dubayda 1,1 milyard dollarlıq emal zavodu tikilir. Zavod tullantıları yandıracaq və şəhər üçün elektrik enerjisi istehsal edəcək. Zibilxanaların aradan qaldırılması proqramı çərçivəsində Əbu -Dabi şəhərində daha iki layihə hazırlanır. Bütün təkrar emal şirkətləri fəaliyyətə başladıqdan sonra, ölkə məişət tullantılarının 60 faizini təkrar emal edəcək.

Kamran Seyidov
Milli.Az

Mənbə: news.milli.az