Yaxın zamanlarda "ROSEKSİMBANK"ın Azərbaycanda nümayəndəliyinin açılması məsələsi nəzərdən keçirilmir - Sədr

Yaxın zamanlarda "ROSEKSİMBANK"ın Azərbaycanda nümayəndəliyinin açılması məsələsi nəzərdən keçirilmir - Sədr

Bakı. Zeyni Cəfərov - Trend:

Yaxın zamanlarda "ROSEKSİMBANK"ın Azərbaycanda nümayəndəliyinin açılması məsələsi nəzərdən keçirilmir və bu gün bu barədə danışmaq hələ tezdir.

Bunu Trend-ə Rusiyanın "ROSEKSİMBANK" Səhmdar Cəmiyyəti İdarə heyətinin sədri Azər Talıbov deyib.

Onun sözlərinə görə, Azərbaycanda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi aktiv fəaliyyət göstərir və azərbaycanlı tərəfdaşlarla mövcud əməkdaşlıq səviyyəsi kifayət edir:

"Bir faktı da qeyd etmək lazımdır ki, bu gün demək olar bütün banklar rəqəmsal sferaya keçir və "ROSEKSİMBANK" bunu üçün çox işlər görür. Çünki müştərilərin əməkdaşlığı üçün zəruri dəstəyi göstərməyə rəqəmsal platformaları inkişaf etdirmək lazımdır".

A.Talıbov əlavə edib ki, bank Rusiya İxrac Mərkəzi qrupuna daxildir və müştərilərin bankın məhsulları barədə bu mərkəzin nümayəndəliyi vasitəsilə öyrənmək imkanına malikdir.

(Tərcümə: Orxan Nəbiyev)

Mənbə: az.trend.az