Altı ayda qızıl hasilatında 16 faiz, gümüş hasilatında 9 faiz artım olub

Altı ayda qızıl hasilatında 16 faiz, gümüş hasilatında 9 faiz artım olub

Cari ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə qızıl hasilatında 16 faiz, gümüş hasilatında isə 9 faiz artım qeydə alınıb.

AZƏRTAC “AzerGold” QSC-yə istinadən verdiyi məlumata görə, bunu qurumun İdarə Heyətinin sədri Zakir İbrahimov bu ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.

“Bununla yanaşı, 25,4 min unsiya qızıl, 56,1 min unsiya gümüşün ixracı nəticəsində ölkə iqtisadiyyatına cəlb olunan vəsaitin həcmi 46,9 milyon ABŞ dolları (79,7 milyon manat) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6,8 faiz çoxdur”, - deyə Z.İbrahimov qeyd edib.

Mənbə: azertag.az