Qubada taxıl sahələrinin biçilməsində çətinliklər yaranıb - FOTO

Qubada taxıl sahələrinin biçilməsində çətinliklər yaranıb - FOTO

Quba rayonunda taxılin biçin vaxtı olsa da, yolsuzluq problemi buna mane olur.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, problem rayonun Utuq kəndində yaşanır.

Belə ki, kənd sakinləri əkdikləri taxıl sahələrini biçə bilmirlər. Kəndə gedən yolun geniş olmaması səbəbindən kombaynların taxıl biçini üçün ərazilərə gedə bilmir.

“Taxılın becərilməsi üçün dövlət tərəfindən subsidiya da ayrılıb. Kənd ərazisində 40 hektar əsasən, arpa və buğda əkilib. Buraya kombayn gəlməsə taxılı tədarük etmək üçün dədə-baba qaydasında olan prosedurları icra etmək məcburiyyətində qalacağıq”-deyə, kənd sakinləri bildiriblər

Kənd ərazisində 30 hektar sahədə taxıl əkilib, əkilən sahələrin bir hissəsi dəryaz və oraqla biçilib. Qalan 4 hektar sahənin sahibi isə hələ də kombayn gözləyir.

Qeyd edək ki, Utuq kəndi yüksək dağlıq ərazidə, rayon mərkəzindən 70 kilometr məsafədə yerləşir.

Aqroservis Açıq Səhmdar Cəmiyyətinin Quba rayon bölməsindən kəndə gedən yolun ensiz olması səbəbindən oraya lazımi texnikanın getməsinin hələ ki, mümkünsüz olduğu bildirilib.

Mənbə: report.az