Çinin çip indeksi təhqiqat xəbərindən sonra 6% geriləyib

Çinin çip indeksi təhqiqat xəbərindən sonra 6% geriləyib

Çinin əsas yarımkeçirici istehsalçılarını əhatə edən “CSI All Shares Semiconductor” indeksi 6% geriləyib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, ölkənin tənzimləyici orqanının çiplərin qiymətləri ilə bağlı təhqiqata başlaması xəbərindən sonra baş verib.

Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası (SAMR) güman edir ki, bəzi distribyutorlar çiplərin qlobal çatışmamazlığı fonunda onların qiymətləri ilə spekulyasiya edir. Hazırda Çin hakimiyyəti fırıldaqçılıqın miqyasını və günahkarları müəyyən etməyə çalışır.

Mənbə: report.az