Azərbaycan Türkiyədən polad idxalını artırıb

Bakı. Trend:

2021-ci ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana polad ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz artaraq 56,138 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

İyul ayında polad ixracı 2020-ci ilin eyni ayı ilə müqayisədə 18,9 faiz azalaraq 9,943 milyon dollara bərabər olub.

Hesabat dövründə Türkiyənin dünya bazarına polad ixracı 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 56,8 faiz artıb və 10,944 milyard dollar olub.

Qeyd edək ki, son 12 ay ərzində (iyul 2020 - iyul 2021) Türkiyə 16,569 milyard dollarlıq polad ixrac edib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Burkina-Fasoda silahlılar 10-dan çox mülki şəxsi öldürüb

SONRAKI XƏBƏR

Erməni silahlı birləşmələri hələ də Qarabağdadır