Növbəti “Açıq mikrofon” aksiyası Siyəzəndə təşkil olunacaq

Növbəti “Açıq mikrofon” aksiyası Siyəzəndə təşkil olunacaq

Bakı, 14 sentyabr, AZƏRTAC

“Azəriqaz” İB-nin təşkil etdiyi “Açıq mikrofon” aksiyası bu dəfə Siyəzən rayonunun “28 May” və Mustafa Muxtarov küçələrini əhatə edəcək.

İB-dən AZƏRTAC-a bildirilib ki, çoxsaylı müraciətlər əsasında təşkil ediləcək səyyar qəbul otağı sentyabrın 15-də saat 11:00-dan 13:00-a qədər vətəndaşların ixtiyarında olacaq. Sakinlər qaz təchizatı ilə bağlı istənilən problemlərini rahat şəkildə səsləndirə biləcəklər.

Mənbə: azertag.az