Səfir: "Hindistanla Azərbaycan arasında ticarət dövriyəsi 21 faiz artıb"

Səfir: "Hindistanla Azərbaycan arasında ticarət dövriyəsi 21 faiz artıb"

"Hindistanla Azərbaycan arasında yaxın əlaqələr qurulub".

“Report” xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ölkəsinin Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramının ildönümünə həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, cari il iki ölkə arasında ticarət dövriyəsinin həcmi 21 faiz artıb, həmçinin mədəniyyət sahəsində də əlaqələr inkişaf edib.

Eyni zamanda diplomat vurğulayıb ki, ötən il koronavirus pandemiyası ilə bağlı onlayn formatda fəaliyyət göstərən İTEC proqramından 2020-ci ildə Azərbaycanın 90 nəfər dövlət məmuru yararlanıb.

Qeyd edək ki, Hindistan Texniki və İqtisadi Əməkdaşlıq proqramı xarici ölkələrlə əlaqələri inkişaf etdirmək məqsədilə 1964-cü il sentyabrın 15-də hökumətin qərarı ilə təsis edilib. Həmin vaxtdan hər il sentyabrın 15-i İTEC Günü kimi qeyd olunur. İqtisadi inkişaf, texnologiyalar, insan ehtiyatları kimi sahələrdə təcrübə mübadiləsi məqsədini daşıyan bu proqram çərçivəsində əcnəbi vətəndaşlar ali təhsil bazasında müxtəlif elm sahələrində ixtisasartırma təhsili ala bilirlər. Həmin təhsil beynəlxalq sertifikat əldə etmək üçün birillik və ya magistr dərəcəsi əldə etmək üçün ikiillik kurslar şəklindədir. İTEC çərçivəsində Hindistanın 300 universitetində hər il 14 min təqaüd verilir.

Mənbə: report.az