Azərbaycanda yeni nəsil onlayn kassalar üzrə dövriyyə 2 dəfədən çox artıb

Azərbaycanda yeni nəsil onlayn kassalar üzrə dövriyyə 2 dəfədən çox artıb

Bakı. Zeyni Cəfərov - Trend:

Bu ilin ilk altı ayı ərzində Azərbaycanda yeni nəsil onlayn kassalar üzrə dövriyyə ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə artıb.

Bunu Trend-ə Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov deyib.

Onun sözlərinə görə, ticarət obyektlərində yeni nəsil kassa aparatlarının quraşdırılması ticarət dövriyyəsinin leqallaşmasına müsbət təsir göstərir. O qeyd edib ki, son beş il ərzində təsərrüfat subyektlərinin icbari audit keçmə səviyyəsi 3,2 faizdən 48,7 faizədək artıb:

"2021-ci ilin birinci yarısında vergi daxilolmaları üzrə proqnoz 124,4 faiz icra olunub, o cümlədən qeyri-neft sektoru üzrə dövlət büdcəsinə 500 milyon manat əlavə vəsait daxil olub".

Mənbə: az.trend.az