Yeni binalar üçün niyə qazanxanalar tikilmir? - VİDEO

Yeni binalar üçün niyə qazanxanalar tikilmir? - VİDEO

Bakıda yeni tikilən binaların əksəriyyəti mərkəzi istilik sisteminə qoşulmur. Ona görə də yeni tikililərin sakinləri evi kombi və digər avadanlıqlarla isitmək məcburiyyətində qalır. Bu isə həmin sakinlər üçün əlavə xərc deməkdir.Çünki qazanxanası olan binada yaşayanlar digər sakinlərlə müqayisədə təxminən 2 dəfə daha az pul ödəyirlər.

Milli.Az XƏZƏR TV-yə istinadən bildirir ki, əmlak məsələləri üzrə ekspert Ramin Qasımzadə bildirib ki, qazanxanalar üçün tariflərin endirilməsi həvəsləndirici amillərdən biri olsa da, ən kiçik qazanxananın tikilməsi üçün təqribən 2 milyon manat lazımdır. Buna görə də MTK-lar qazanxana tikməyə istəkli deyillər.

Hesablamalara görə, yeni tikililərin təqribən 80 faizi qazanxana sistemindən istifadə etmir.

Ramin Qasımzadə bu faizin digər yollarla azaldıla bilinəcəyini deyib.

Qeyd edək ki, bu il iyulun 1-dən yaşayış binalarının qazanxanaları üçün də təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Mənbə: news.milli.az