Qəhvənin qiyməti qalxdı

Qəhvənin qiyməti qalxdı

Hazırda Braziliyada qış mövsümü olmasına baxmayaraq 30-35 dərəcə isti var. Bu isə mövcud ağacların qırılaraq yeniləri ilə əvəz olunacağı deməkdir.

Braziliyada davam edən əlverişsiz iqlim şəraiti dünyada qəhvənin qiymətinə təsirsiz ötüşməyib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, məsələn, ötən ay Türkiyədə kiloqramı 50 türk lirəsinə (10 AZN) satılan qəhvə artıq 90-100 türk lirəsinə (20 AZN civarında) satılır.

Braziliya kimi digər istehsalçı ölkələrdə də uyğunsuz hava şəraitinQ davam etməsi istehlakçı ölkələrdə qəhvə idxalının qiymətinin qalxmasına səbəb olub. Artıq həm biznesmenlər, həm də istehlakçılar qiymətlərdəki artımı hiss ediblər. Bahalaşmanın qarşıdakı müddətdə də davam edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, hazırda Braziliyada qış mövsümü olmasına baxmayaraq 30-35 dərəcə isti var. Bu isə mövcud ağacların qırılaraq yeniləri ilə əvəz olunacağı deməkdir.

Mənbə: sputnik.az