İngiltərədə qıtlıq: vitrinlər boşaldı, 45 restoran bağlandı

İngiltərədə Brexit və koronavirusun ardınca yenidən qida qıtlığı hökm sürməyə başlayıb.

Modern.az "Sözcü"yə istinadla xəbər verir ki, hökumət mağazalarda vitrinlərin və "stok"ların boşalmasından sonra hərəkətə keçməyə məcbur olub. İdxalın artırılması ilə bağlı qərar verilib.

Əsasən ət, ağartı məhsulları, meyvə-tərəvəz və bir sıra vacib məhsulların olduğu vitrinlər boş görünür.

Ölkənin Brexit naziri David Frost bildirib ki, İngiltərə Avropa Birliyindən gələn məhsulların ciddi yoxlanışını dayandıracaq. Çünki bu, vaxtaparan prosesdir.

O, qıtlığın qalıcı olmaması üçün hökumətin "qolunu çırmayacağını" söyləyib. Nazir təzə məhsul baxımından hələ də Avropa Birliyindən asılı olduğunu, buna görə də hazırkı qıtlığın bir müddət davam edə biləcəyini vurğulayıb.

Qida qıtlığı ölkənin bir sıra nüfuzlu restoranlar şəbəkəsini də ciddi şəkildə "silkələyib". Restoranlar toyuq ətinin yoxluğuna görə menyularından bir sıra məhsulları çıxarmalı olublar.

Hətta İngiltərədə 45 restoranın bağlandığı qeyd edilir.

Turan

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Sürücü restorana avtomobili ilə "daxil oldu": 6 yaralı

SONRAKI XƏBƏR

Türkiyə bu ölkədə Rusiyadan daha güclüdür