“Benzinin qiymətinə ildə üç dəfə artım gəlməsi nə deməkdir?”

“Benzinin qiymətinə ildə üç dəfə artım gəlməsi nə deməkdir?”

“Əvvəllər də dəfələrlə demişik: ölkənin Tarif Şurasının və əlaqədar idarələrinin qiymətqoyma siyasətini başa düşmək mümkün deyil. Bunlar hansı məntiqlə hərəkət edirlər? Əhalinin qazancından, dolanışıq imkanlarından xəbərləri yoxdurmu?”.

“Qafqazinfo” xəbər verir ki, bunu Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı özünün feysbuk səhifəsində yazıb. O, benzinin qiymətinə ildə üç dəfə artım edilməsinə etirazını bildirib:

“Belə çıxır ki gecə yatıb yuxuda nə görürlər sabah onu həyata keçirirlər. Yoxsa neft ixrac edən bir ölkədə benzinin qiymətinə bir ildə üç dəfə əlavə artım gəlməsi nə deməkdir? Axı yanacağın bahalaşması anındaca bazarda bütün məhsulların qiymətini qaldırır və bunu inkar etmək mümkün deyildir. Qalib bir ölkədə əhalini rəsmi dairələrdən narazı salan belə addımları atanların niyyəti nədir?”.

Mənbə: qafqazinfo.az