Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2019-cu ildəki səviyyəyə çatıb

Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi 2019-cu ildəki səviyyəyə çatıb

Bu ilin I yarısında Ermənistan Rusiya ilə 1,9 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqroyan bu gün İrəvanda keçirilən Rusiya-Ermənistan biznes forumunda bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur, 2019-cü ilin göstəricisi ilə demək olar ki, eynidir. Həmin il iki ölkənin ticarət dövriyyəsinin dəyəri ilk dəfə 2 milyard dollara çatıb, növbəti il isə bir qədər azalıb.

Hökumət rəsmisinin sözlərinə görə, Ermənistan və Rusiya arasında əsasən, maşınqayırma,yüngül və kimya sənayeləri, qiymətli daş-qaş, ərzaq idxalı və ixracı artıb.

Mənbə: report.az