Kabil Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa olunub

Əfqanıstanın paytaxtı Kabildəki beynəlxalq hava limanı daxili və beynəlxalq uçuşlar üçün açılıb.

“Report” “Khaama Press”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu ilin avqustun 26-da törədilən partlayış nəticəsində Kabil hava limanına dəyən ziyan aradan qaldırılıb.

Aeroport Türkiyə, ABŞ və Qətər mütəxəssislərinin birgə səyləri nəticəsində bərpa olunub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İrəvanda KQB uşaqları hədələyir… - Gevorq Teryan

SONRAKI XƏBƏR

Peyvənd olunmayan müəllimlərə dərs saatı verilməyib?