Meksika körfəzində hasilatın bərpası nefti ucuzlaşdırır

Meksika körfəzində hasilatın bərpası nefti ucuzlaşdırır

“İda” qasırğası səbəbindən Meksika körfəzində hasilatla bağlı yaranmış problemlərin tədricən aradan qaldırılmasından sonra dünya bazarlarında neft ucuzlaşmağa başlayıb.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:09-a olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” markalı neftinin noyabr fyuçersləri 0,76 % ucuzlaşaraq, 1 bareli 74,77 ABŞ dollarına, "WTI" markalı neftinin oktyabr fyuçersləri isə 0,88 % ucuzlaşaraq, 1 bareli 71,17 ABŞ dollarına satılıb.

Ekspertlərin sözlərinə görə, tədarüklə bağlı problemlərin Çin və Yaponiya kimi neft idxalçılarında COVID-19-a yoluxma hallarının artması fonunda aradan qaldırılması neftə olan tələbin bərpasına mane olacaq.

Mənbə: report.az