Azərbaycan Gürcüstandan avtomobil idxalını kəskin artırıb

Azərbaycan Gürcüstandan avtomobil idxalını kəskin artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 163,2 milyon ABŞ dolları dəyərində 24 508 ədəd minik avtomobili idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, illik müqayisədə avtomobillərin sayı 9 519 ədəd və yaxud 63,5 % artıb.

8 ayda Gürcüstandan təkrar ixrac olunan maşınların ümumi dəyəri 293,3 milyon ABŞ dollarına bərabər olub ki, bunun da 55,6 %-i Azərbaycanın payına düşüb.

Mənbə: report.az