Gürcüstan 8 ayda Azərbaycandan 127 milyon dollarlıq qaz alıb

Gürcüstan 8 ayda Azərbaycandan 127 milyon dollarlıq qaz alıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan ümumi dəyəri 126,6 milyon ABŞ dolları olan 858,1 min kubmetr həcmində təbii qaz idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni göstəricisindən 19,1 % azdır.

İlk 8 ayda qonşu ölkə Azərbaycandan 78,6 milyon ABŞ dollarlıq 148,5 min ton neft və neft yağları da tədarük edib ki, bu da illik müqayisədə 0,7 % çoxdur.

Mənbə: report.az