Azərbaycan bu il Gürcüstanın elektrik enerjisini tələbatının 30 %-ni ödəyib

Azərbaycan bu il Gürcüstanın elektrik enerjisini tələbatının 30 %-ni ödəyib

Bu ilin yanvar-avqust aylarında Gürcüstan 1 715,9 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilir.

Sənədə əsasən, həcmin 505,4 milyon kilovatt/saatı və yaxud 29,45 %-i Azərbaycanın payına düşüb.

8 ayda qonşu ölkənin əsas elektrik enerjisi tədarükçüsü Rusiya (1 049,4 milyon kilovatt/saat) olub.

Hesabat dövründə Gürcüstan Azərbaycandan Türkiyəyə 163,6 milyon kilovatt/saat həcmində elektrik enerjisinin tranzitini həyata keçirib.

Mənbə: report.az