4-cü şöbənin qaz problemi - VİDEO

4-cü şöbənin qaz problemi - VİDEO

Bura Xaçmaz rayonun 4 şöbə adlı yaşayış məntəqəsidir. Min nəfərdən çox sakinin yaşadığı məntəqənin sakinləri təbii qaz problemindən şikayətçidir. Sakinlərin sözlərinə görə, ətraf kəndlərin hamısı eləcə də yaxınlıqda yerləşən ekologiya idarəsi belə qazla təmin edilib lakin onlar hələ də mavi yanacağın yolunu gözləyirlər.

Şikayətçi sakinlərin sözlərinə görə, alternativ yanacaq mənbəyi kimi istifadə etdikləri odunu da əldə etmək çətindir. Bu səbəbdən onlar yaşadıqları əraziyə qaz çəkilməsini istəyirlər.

4-cü şöbənin mavi yanacaq problemi ilə bağlı Azəriqaz İstehsalat Birliyindən bildirildi ki, məntəqəsinin qazlaşdırılması qurumun əsas hədəflərindəndi. Gələn ilin birinci rübü yaşayış məntəqəsi qazla təmin ediləcək.

İndi sakinlər üçün ən böyük çətinlik bu qışı keçirtməkdi. İnanırıq ki, bu onların mənzillərini odunla qızdırdıqları sonuncu qış olacaq. Verilən vəd yerinə yetiriləcəyi təqdirdə yazın gəlişi ilə 4-cü şöbədə ikiqat bayram abu-havası yaşanacaq.

Mənbə: www.realtv.az